Ukrayna 23 yaşlı azərbaycanlı barəsində İnterpol xətti ilə axtarış elan edib. APA-nın xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, 1992-ci il təvəllüdlü Pənah Hüseynzadə qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə təqsirləndirilir. Ukrayna hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.