Akif Rzayev rüşvət vermədiyinə görə heyvanlarının örüş yerinin başqasına satıldığını deyir
YAP üzvü Akif Rzayev ölkə başçısı Ilham Əliyevə müraciət edib. O, müraciətində Daşkəsənin torpaq şöbəsinin müdri Şahbaz Mehdiyevdən şikayətçi olduğunu deyir.
Akif Rzayev yazır: “Cənab Prezident! Daşkəsən rayon torpaq şöbəsinin müdiri Şahbaz Mehdiyev qanuni dövlət sənədləri ilə mənə məxsus yaylaq ərazilərimin məndə qalması üçün 10 min manat rüşvət istədi, vermədiyimə görə 3500 baş qoyun-quzumun örüş yerini başqalarına satdılar. Dəfələrlə məsələ ilə bağlı Əhəd Abiyevin qəbulunda olmuşam. Ona demişəm ki, hər il Qurban bayramında, Prezident Seçkilərində, digər dövlət tədbirlərində demisən ki, Akif kişi, yardım elə, hər dəfə 30-40, bəzən 50-60 heyvanı təmənnasız vermişəm. Amma indi heyvanlarımın örüş yerini rüşvət istədiklərinə və vermədiyimə görə, başqasına satıblar. Indi mən nə edim? Mənə deyir ki, get, narahat olma, sən mənim ən yaxın dostumsan, qardaşımsan, biz sənin kiçik qardaşınıq, zəhmətkeş adamsan, sənə ötən il işgüzarlığına görə ”Fəxri Fərman" da vermişəm, YAP-ın üzvüsən, Azərbaycanın ilk fermerisən və s. nağıllar. Amma heç bir nəticəsi yoxdur"