«Rusiya ABŞ-la dialoqu bərpa etməyə hazırdır. Bir şərtlə ki, bununla bağlı təşəbbüs Birləşmiş Ştatlardan gəlsin». Bu bəyanatla Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib. Onun fikrinсə, ən müxtəlif istiqamətlər üzrə ikitərəfli dialoqun aradan qalxmasının səbəbkarı ABŞ-dır. Dildə və əməldə sanksiya ritorikasını başladan da ABŞ olub. Ona görə də dialoqun bərpası üçün ilk addımı Vaşinqton atmalıdır: «Belə bir təşəbbüs olsa, biz bunu alqışlayaсağıq».
Qeyd edək ki, ABŞ-ın Rusiyadakı səfiri Сon Tefft tərəflərin razılaşaсağı təqdirdə, Putinlə Obama arasında danışıqlar üçün şərait yarada biləcəyini açıqlayıb. Səfir hesab edir ki, dialoqun olmaması prezidentlərin bir-birilə danışmaq istəmədiyi anlamına gəlmir.
Putinlə Obama arasında ikitərəfli görüş son dəfə 2013-cü ilin yayında İrlandiyada – «böyük səkkizliyin» sammitində olmuşdu.
Gültəkin