Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud Milli Qvardiyanı Yəməndəki hərbi əməliyyatlara göndərir. Yüksək hazırlığa sahib olan Qvradiya birbaşa krala tabedir. BBC-nin məlumatına görə, bugünə qədər Səudiyyə krallığından əməliyyatlarda yalnız aviasiya qüvvələri iştirak edirdi. Lakin rəsmi Ər-riyad quru qoşunlarının da əməliyyata cəlb ediləcəyini istisna etmirdi. Kralın son qərarından sonra quru qoşunları, kəşfiyyat, aviasiya və hava hücumundan müdafiə bölmələri Yəməndəki şiə qiyamçılarına qarşı birgə döyüşəcək.
Gültəkin