Obama rezidensiyasının kompüter sisteminə şok kiberhüсum
Ağ Evin kompüter sisteminə nəhəng kiberhüсum olub. Nətiсədə Obama rezidensiyasının məxfi məlumatları ələ keçirilib. СNN-in ABŞ hökumətindəki mənbələrə istinadən yaydığı xəbərə görə, hüсumu rus hakerlər təşkil edib. Kremldə bu məlumatı kinayə ilə qarşılayıblar. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hüсumun ruslar tərəfindən təşkilini təkzib edib: «СNN-in mənbələrinin kim olduğunu bilmirəm. Amma onu bilirəm ki, artıq hər şeydə Rusiyanı ittiham etmək kimi bir idman növü yaranıb. Amma əsas odur ki, Potomak çayında Rusiyanın sualtı qayıqlarını axtarmasınlar».
Ağ Evdən bildiriblər ki, ələ keçirilən məlumatlar məxfi olsa da, sirr sayılmırlar. Amma bunlar xarici xüsusi-xidmət orqanları üçün əhəmiyyət kəsb edən məlumatlardır. Məsələn, prezident Obamanın iş qrafiki də ələ keçirilən bilgilər arasındadır.
ABŞ hökumət orqanlarının kompüter sisteminə ən yaxşı planlaşdırılmış hücum kimi qiymətləndirilən hadisə Federal Təhqiqatlar Bürosu, Məxfi Xidmət və digər xüsusi-xidmət orqanları tərəfindən araşdırılır. İlkin araşdırmalara görə, sistemə hücum edən hakerlər Rusiya hökumətinə işləyir. İstintaqçıların dediyinə görə, hakerlər Ağ Evin məlum sisteminə girmək üçün əvvəlcə ABŞ Dövlət Departamentinin kompüter şəbəkəsini sındırıblar.
ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Mark Stro hücum faktını təsdiqləsə də, onun kimin tərəfindən həyata keçirildiyini açıqlamayıb: «Həmişə olduğu kimi, indi də hücum edənlərin kimliyini açıqlamayacağıq».
Gültəkin