Moldovanın prezidenti Nikolay Timofti mayın 9-da Moskvada keçiriləcək Böyük Vətən Müharibəsindəki qələbənin 70 illiyinə həsr edilmiş parada qatılmayacaq. Bunu Moldova prezidentinin mətbuat katibi Vlad Tsurkanu bildirib. Onun sözlərinə görə, Nikolay Timofti Kişinyovda keçirilən bayram tədbirlərində iştirak edəcək.