Keniyada korrupsiyaya etiraz olaraq maraqlı aksiya keçirilib. Təşkilatçılar aksiyada eşşəklərdən istifadə edərək onların dərisi üzərinə boya ilə «Korrupsiya Keniyanın qanını içir» sözlərini yazıblar. Ətrafdakı insanların görə bilməsi üçün eşşəklər bir neçə saat paytaxtın mərkəzi küçəsində bu şəkildə bağlı qalıb. Fəallar heyvanların üzərindəki boyanın zərərsiz olduğunu, aksiyaya baytar da cəlb etdiklərini bildiriblər.
Gültəkin