Yəmən Xarici işlər naziri Riyad Yasin, ölkəsinin baş verənlərə görə İranı ittiham edib. Nazirə görə, İran Yəməndə sabitliyi pozmaq üçün müxtəlif ölkələrdən gətirilən muzdlu döyüşçülərdən istifadə edir: " Hazırda Yəməndə İran tərəfindən dəstəklənən bir çox mütəxəssis və pulla döyüşən əsgərlər var. Yəmənin sabitliyini sarsıtmaq və xalqa zərər vermək üçün Livan, Suriya və digər bölgələrdən gələn, İran hesabına çalışan çox sayda adam var".
azadliq.info