Ermənistanda fəaliyyət göstərən AES-in bağlanması və istismarının dayandırılması Avropa Birliyinin başlıca məqsədini təşkil edir. Bu barədə bəyanatla Avropa Birliyinin Ermənistandakı nümayəndiliyinin başçısı Trayan Xrista çıxış edib. Diplomat hesab edir ki, Ermənistan AES atom təhlükəsizliyinin müasir beynəlxalq meyarlarına cavab vermir. “Biz hesab edirik ki, stansiyanın istismarı mümkün qədər tez dayandırılmalıdır”, – deyə AB nümayəndəsi bildirib.
azadliq.info