ABŞ-da mühəndis təhsili alan iki tələbə yanğını səslə söndürə biləcək yanğınsöndürən düzəldiblər. Bu barədə The Washington Post qəzeti yazıb.
Corc Meyson universitetinin tələbələrinin hazırladığı aparat 600 dollara başa gəlib.
Qurğunun üstünlüyü həm də ondadır ki, yanğın söndürülən zaman sudan fərqli olaraq heç bir ziyan vurmur. Hələlik aparat kütləvi satışa çıxarılmayıb. Bunun üçün ona bəzi əlavələrin edilməsinə ehtiyac var. Lakin hazırkı aparat kiçik yanğınların öhdəsindən yaxşı gəlir.
azadlıq.info