Rusiya prezidenti Vladimir Putin Yəməndə Səudiyyə Ərəbistanın başçılığı ilə başlanan hərbi əməliyyatların dərhal dayandırılmasını istəyir. İran prezidenti Həsən Ruhani ilə telefon danışığı zamanı Putin münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu deyib.
Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib ki, Kreml Yəməndəki situasiyanın inkişafından narahatdır.
azadlıq.info