Tanınmış jurnalist Aynur Elgünəşin atası Telman Qəmbərov Mingəçevirdə yol qəzasında həlak olub. Hadisəyə səbəb 8 saylı xətt üzrə hərəkət edən marşrut avtobusun “VAZ-2109” markalı avtomobillə toqquşması olub. Qəza nəticəsində jurnalistin atasından başqa 2 nəfər də dünyasını dəyişib. 10-a yaxın şəxs isə xəsarət alıb.