İraqdakı koalisiya qüvvələri ilk dəfə İslam Dövlətinə (İŞİD) məxsus pilotsuz uçuş aparatını vurduqlarını açıqlayıblar. “The Daily Beast”in verdiyi məlumata görə, Əl-Fəlluca şəhəri yaxınlığında aviazərbə nəticəsində İŞİD-ə məxsus, məsafədən idarə olunan uçuş aparatı və aparatın idarə olunduğu avtomobil məhv edilib. Əl-Fəlluca şəhərinin də daxil olduğu Anbar əyaləti isə hələlik əsasən İŞİD qüvvələrinin nəzarəti altındadır.