9 may Qələbə Gününün 70 illiyi ilə bağlı Rusiyada keçiriləcək paradı «boykot» edən növbəti lider Slovakiya prezidenti Andrey Kiska oldu. Kiska bildirib ki, Ukrayna və Krımda cərəyan edən məlum proseslərə görə Rusiyanın hərbi gücünün nümayiş etdirildiyi bir tədbirə qatılmaq istəmir: «Əsas məsələ bizim ölkənin azadlığı uğrunda canını qurban verənləri yad etməkdir və bunu burada – Slovakiyada etməkdir».
Maraqlıdır ki, Rusiya Xarici işlər naziri Sergey Lavrov son açıqlamalarının birində Slovakiya prezidentinin dəvəti qəbul etdiyini demişdi. Bugünə qədər Avropa Birliyi ölkələrindən parada qatılacağını bəyan edən lider olmayıb. Lavrov hesab edir ki, dövlət başçılarını paradı «boykot» etməyə ABŞ və Avropa Birliyinin aqressiv qanadı təşviq edir.
Gültəkin