"Kommersant" qəzeti Türkiyə və Rusiya arasında təbii qazın qiymətlərində 10 faizlik endirimlə bağlı razılaşmanın baş tutmamasından yazıb. Türk mətbuatı da BOTAŞ-ın endirimlə bağlı müqaviləni son dəqiqədə imzalamaqdan imtina etdiyi xəbərini yayıb. Xatırladaq ki, Türkiyənin Enerji və Təbii Qaynaqlar naziri Taner Yıldız 1 yanvar 2015-ci ildən etibarən Qazpromdan alacaqları təbii qazı 10,25 faiz endirimlə əldə edəcəkləri haqda açıqlama vermişdi. Qəzet eyni zamanda, Qazprom və BOTAŞ-ın təbii qaz endirimində anlaşa bilməməsinin, Türk Axını kimi layihələrə ciddi təsir edəcəyini ehtimal edir.
azadliq.info