İngiltərənin “Arsenal” klubunun ispan futbolçusu Sesk Fabreqas “Barselona”ya keçməyə razılıq verib. ANS PRESS-in İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, hazırda “Arsenal” və “Barselona” klubları arasında futbolçunun transferinin detalları razılaşdırılır.
“Arsenal”ın Fabreqasın transferinə görə qarşı tərəfdən 45 milyon avro istəməsinə baxmayaraq, “Barselona”nın 30 milyon avro, üstəgəl futbolçuları Tyaqu Alkantaru və Boyan Krkıçı verməyə razı olduğu bildirilir. “Arsenal”ın Fabreqas “Barselona”ya keçdikdən sonra futbolçunun boş qalmış mövqeyinə “Vest Hem”in üzvü Skot Parkeri transfer edəcəyi yayılan xəbərlər sırasındadır.
Xatırladaq ki, Sesk Fabreqas 2003-cü ildə 16 yaşı olarkən “Barselona”dan transfer olunub. Bu müddət ərzində ispan futbolçu “Arsenal”la yalnız bir dəfə İngilərə Kubokuna sahib çıxıb.