Azərbaycan hökumətinin 2014-cü il üzrə hesabatı Milli Məclisə daxil olub. Azərbaycan parlamentinin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bildirib ki, hesabatın martın 17-də dinlənilməsi gözlənilir. Hesabatı parlamentdə baş nazir Artur Rasizadə təqdim edəcək. Hesabat ətrafında müzakirələrin 2 gün davam edəcəyi gözlənilir.