İfadə azadlığının məhdudlaşdırılması ilə bağlı
«Facebook»un qurucusu Mark Zuckerberg Barselonada keçirilən «Mobil dünya» konqresinə qatılaraq maraqlı açıqlamalar verib. İfadə və dini etiqad azadlığı ilə bağlı ən çox iki ölkədən suallar aldığını deyən Zuckerberg bu ölkələrin Rusiya və Türkiyə olduğunu açıqlayıb. Zuckerberg azadlıqları məhdudlaşdıran baryerlərdən danışaraq əsas maneələrdən birinin texnologiya çatışmazlığı olduğunu deyib: «Əgər internetin yoxdursa, demək ki, bir çox imkandan məhrum olursan. Bizim hədəfimiz mümkün olduğu qədər çox insana özünüifadə imkanı yaratmaqdır».
İnternetdə rəqabətin daha da artacağını deyən Zuckerberg yeniliklərə davam edəcəklərini bildirib: «Məsələn, «Facebook» dostunun hazırda harada olduğunu bilmək və bu kimi başqa yeniliklər».
Terror və zorakılığı təbliğ edən fikirlərə mümkün olduğu qədər tez müdaxilə etdiklərini deyən Mark Zuckerberg bununla belə, «Facebook»un polis olmadığını unutmamağı da tövsiyə edib: «İnsanların bütün yazdıqlarını gözdən keçirəcək bir işçi heyətinə sahib ola bilmərik».
Zuckerberg "Beast" adlı itinin «Facebook»da 2 milyon izləyicisi oldğunu da bildirib.
Gültəkin