Ukrayna prezidenti Petr Poroşenko Rusiyada həbsdə olan ukraynalı pilot Nadya Savçenkoya “Milli qəhrəman” adl verilməsi barədə fərman imzalayıb.
Poroşenko onu qələbənin simvolu adlandırıb.
Savçenko ötən ilin iyulunda Donbassda gedən döyüşlər zamanı separatçılar tərəfindən əsir götürülərək Rusiyaya verilib.
O, Donbassda həlak olan 2 Rusiya jurnalistinin ölümündə ittiham olunur.
Moskva məhkəmsi fevralın 10-da onun həbs müddətini mayın 13-nə qədər uzadıb.
Savçenko 80 gündür ki, həbsxanada aclıq aksiyası keçirir və səhhəti pisləşib.
Beynəlxalq aləm dəfələrlə onu azad etməyə çağırıb.