İqtisadi böhran Rusiyanı sarsıdarkən, Boris Nemtsovun öldürülməsi ilə əlavə olaraq siyasi kriz sarsıntısı da yaşanmağa başladı.
Krımın işğalı və ilhaqı, bunun ardınca Ukraynadakı separatçı rusların dövlətə qarşı savaşa başlaması, eləcə də Rusiyanın bu separatçılara silah-sursatla yardım etməsi ilə ortaya çıxan karmaşıq durum Rusiya yönətiminin çox sıxıntılı bir dönəm yaşamasına gətirib çıxarıb.
Ukrayna ilə savaş rus xalqının önəmli bir kəsiminin qələmə verməyə çalışdığı şəkildə bir müharibə deyil, qardaş qırğınıdır.
Ən önəmli məsələlərdən biri də demokratiya məsələsidir. Rusiyada relsə oturmuş bir demokratiya yoxdur. Siyasi fəalların, müxalif düşüncəli jurnalistlərin, ziyalıların heç bir təhlükəsizlik zəmanətləri yoxdur.
Hər tərəfdən böhrana sürüklənmiş Rusiyada müxalif liderlərin biri çox diqqəti çəkmiş və tədricən ulduza çevrilməkdəydi.
Bu müxalif lider bəlli keyfiyyətləri ilə, insan haqq və hüquqlarını ardıcıl müdafiəsi ilə, dünyanın hər yerində zülmə və ədalətsizliyə eyni tərzdə reaksiya verməyi ilə tanınan Boris Nemtsovdu.
Boris Nemtsovu 27 fevral gecəsi Moskvada Kremlin lap yanında, Moskva çayının sahilində silalı hücuma uğradı və qətlə yetirildi.
Bir az əvvəl Putinin onu öldürəcəyindən qorxduğunu demişdi.
Əlbəttə, cinayət sonrası bütün gözlər Putinə dikildi. Bütün barmaqlar Putini göstərdi. Putinin sözçüləri cinayətin təxribat məqsədilə törədildiyini, ölkədə qarışıqlıq yaratmaq istəyənlərin əməli olduğunu dedilər.
İstər rus, istərsə də əski sovet respublikalarında mətbuat çeşidli analizlər verməkdədir.
Əhəmiyyətli bir kəsim qəti olaraq bildirir ki, bu cinayətin arxasında Putin dayanır. Bir başqa kəsim də bu cinayətin Putini zor duruma salmaq Qərbə qarşı duruşunda qazandığı xalların hesabına bərkiyən padşahlığının sarsıtmaq məqsədilə törədildiyini bildirir.
Şəxsi qənaətim belədir.
Daha əvvəllər, qubernatorluq, baş nazir müavinliyini yapmış Nemtsovun Rusiyada dövlət sisteminin necə çalışdığını, qazanc çarxının necə hərləndiyini, ehtiyac duyulduğunda siyasi opponentlərin necə aradan götürüldüyünü bilməməsi mümkün deyil. Buna baxmayaraq, mühafizəsiz-filansız tam asudə olaraq gəzib dolaşması da bu baxımdan normal görünmür.
Bundan əlavə, Kremlin beş addımlığında silahlı bir qatilin belə bir insanı öldürərək arın-arxayın oradan uzaqlaşması da heç normal sayıla bilməz.
Daha doğrusu, FSB-nin barmağı olmadan belə bir cinayətin işləndiyinə heç inana bilmərəm.
Hər necə olsa da, Rusiyada böyük bir mediya şəbəkəsi var və bu cür cinayətləri xalqdan gizlətmək mümkün deyil.
Məsələn, Türkmənistan kimi bir ölkə olsa, belə bir müxalif liderin ortaya çıxması heç, mümkün olmazdı. Amma təsəvvür edək ki, çıxdı. Gecənin birində alıb gedərlər və daha o adamın varlığı-yoxluğu kimsəyə bəlli olmaz. Cəsədi də bulunmaz.
Başqa tərəfdən, Sovetlər zamanından bəri protest ənənələri olmayan rus xalqı bir müddətdir ki, küçələrə-meydanlara axışıb etiraz bildirməyə başlayıblar. Dünən Moskvada və Sankt-Peterburqda on minlərlə insanın yürüdüyü kimi. Moskva çayı boyunca yüz minlərlə insan hərəkətə keçdi.
Əllərindək tutduqları transparantlarda yazıldığı kimi : «Qəhrəmanlar ölməz!».
Boris Nemtsov bundan sonra Rusiya meydanlarında azadlığın bayrağı olacaqdır.
***
Boris Nemtsova bərabər sayıla biləcək başqa bir lider haqqında danışmaq istərdim.
Bakıda qurduğu səltənəti Vladimir Putinin mövcudluğuna bağlayan İlham Əliyevin qarşısında duran, haqq və ədalət mübarizəsi verən Azərbaycan Xalq Cəbhəsi lideri Əli Kərimlidir.
Ölkədəki bütün məsələlərə çevik reaksiyası ilə tanınar.
Sosial-siyasi, sosial-iqtisadi, geosiyasi məsələlərin hər bir incəliyindən xəbərdardır.
Vətənpərvər və millətpərvərdir.
Sosial ədalətin, haqq və hüququn yanındadır.
Praktik zəkalı bir siyasətçidir.
Hər bir olayı anındaca doğru kavrayacaq qədər zəkalıdır.
Gənc və dinamikdir.
Anlayacağınız : Boris Nemtsovdan nə artığı, nə əskiyi vardır.
Və Əli Kərimli də, Allah qorusun, Azərbaycanda eyni təhlükə altında yaşayır.
İki dəfə proqram qonağım oldu.
İki saatdan artıq danışdıq. Onun haqqında bu qənaətlərim bu proqramlardan, eləcə də, gündəlik çıxışlarını və açıqlamalarını təqib etdikdən sonra yarandı.
Mənim proqramımda da eynilə bu sözləri demişdi : «Biz Azərbaycanda hər an həbs və ölüm təhlükəsi altında yaşayırıq».
Azərbaycan iqtidarı 2005-ci ildən bəri ona pasport vermir. Son altı ay ərzində ətrafındakı onlarla insan səbəbsiz yerə həbs edilib.
Yüzlərcə ziyalı, minlərlə müxalifət fəalı ölkə xaricində sürgündə yaşayır.
Azərbaycandakı baskı və zülmləri dünya ictimai rəyinə təqdim edə biləcək Rusiyadakı çapda bir mediya da yoxdur…
Allah yardımçıları olsun.
Cahid Kılıç