Həbsdə olan hüquq müdafiəçisi Anar Məmmədli dünən telefon danışığında Rusiyada baş verən qətldən danışıb. O, tanınmış siyasətçi, bütün demokratların dostu Boris Nemtsovun qətli xəbərindən sarsıldığını, bunun bütün dünya üçün böyük itki olduğunu bildirib:
“Çox ağır xəbər oldu. Boris Nemtsov fəaliyyətini daim izlədiyim, xüsusi simpatiyam olan siyasətçilərdən idi. Bu, Rusiya, ümumiyyətlə, region üçün çox ağır itkidir”. O, həbsdəki dostların – siyasi dustaqların da bu xəbəri çox böyük acı ilə qarşıladığını deyib. Anar Məmmədli Boris Nemtsovun ailəsinə, yaxınlarına, onu sevənlərin hamısına, rus xalqına başsağlığını çatdırmağı xahiş edib.