Ukraynanın Moskvadakı konsulu Gennadi Breskalenko Boris Nemtsovun qətl işi üzrə əsas şahid, onun Ukrayna vətəndaşı olan tanışıAnna Duritskaya ilə görüşməyə nail olub.
Bunu Ukraynanın Rusiyadakı səfirliyinə yaxın diplomatik mənbə bildirib.
Bundan əvvəl Ukrayna Ali Radasının deputatı Ostap Semerak A.Duritskayaya ukraynalı diplomatlarla görüş imkanı yaradılmadığını, bununla da onun hüquqlarının pozulduğunu bəyan etmişdi.
O.Semerak bildirb ki, Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları A.Duritskayanı polisdə ifadə verəndən sonra zorla şəxsi və gizli bir mənzilə apararaq orada saxlayırlar: “Duritskaya hazırda polis bölməsində deyil. Onu gizli bir mənzilə aparıblar, mühafizə altında saxlayır və binadan çıxmasına imkan vermirlər. Annaya Kiyevə – öz evinə getməyə imkan vermirlər. Halbuki o, sadəcə şahiddir”.
24 yaşlı ukraynalı fotomodel A.Duritskaya sui-qəsd zamanı B.Nemtsovun yanında olub.