Rusiya prezidenti Vladimir Putin Kreml Administrasiyasında maaşları azaldıb. Putin Rusiya Təhlükəsizlik Xidmətinin daimi üzvlərinin iştirakı ilə keçirilən görüşdə maaşların 10% azaldıldığını elan edib.
Qeyd edək ki, daha əvvəl Dövlət Dumasının cari ilin dövlət büdcəsinin tənzimlənməsi üçün Putinə deputatların maaşlarının azaldılması ilə bağlı müraciət edəcəyi deyilirdi.