İlham Əliyevin sərəncamı ilə Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev şöbə müdirinin müavini vəzifəsinə təyin olunub.
APA-nın məlumatına görə, V. Əliyev mətbuat və informasiya orqanları il iş üzrə cavabdehlik daşıyacaq.
Qeyd edək ki, V. Əliyev 2002-ci ildən Prezident Administrasiyasında çalışır.
2005-ci ildən ictimai-siyasi şöbənin mətbuat və informasiya orqanları ilə iş sektoruna rəhbərlik edib.