Yanğın ümumilikdə 6 evi əhatə edib
Bu gecə Bakıda dəhşətli hadisə baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Binəqədi rayonunda vətəndaşlara məxsus taxta konstruksiyalardan ibarət ümumi sahəsi 170 kv.m olan 6 evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1979-cu il təvəllüdlü Cəlilov Şaiq Gülşad oğlu, 2008-ci il təvəllüdlü Cəlilov Amil Şaiq oğlu və 2010-cu il təvəllüdlü Cəlilov Kamil Şaiq oğlunun yanmış cəsədləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 04:23-də söndürülüb.