Oqtay Haqverdiyev: «Ölkə daxilində iş görmək üçün kredit manatla verilməlidir»
Xəbər verildiyi kimi, Azərbaycan banklarının bir qismi manatla kredit ayrılmasını dayandırıb. Bu, fins.az-ın bank sektorunda apardığı araşdırma nəticəsində məlum olub. Söhbət əsasən kütləvi şəkildə istehlak kreditləşməsi ilə məşğul olan banklardan gedir. Bunlar “Accessbank”, “Amrahbank”, “Azər-Türk Bank”, “Bank of Baku”, “Bank BTB”, “Bank Respublika”, “Bank Standard”, “Dəmirbank”, “Xalq Bank”, “Muğanbank”, “Rabitəbank”, “Bank Technique”, “Unibank”dır.
Banklar manatdan imtina etmələrini son günlər onun məzənnəsində yaranmış qeyri-müəyyən vəziyyətlə, daha dəqiq desək, milli valyutanın dəyərdən düşməsi ilə izah edirlər.
Bununla belə, kredit təşkilatlarının bir qismi həm manatla, həm də ABŞ dolları ilə kredit ayırır. Bəzi banklar isə kreditləşmədə yalnız manatdan istifadə edir. Banklar arasında kredit verilməsini hər iki valyuta ilə dayandıranlar da var.
Xatırladaq ki, manatın dəyərdən düşməsiylə bağlı məsələ aktuallaşandan sonra cəmiyyət bir növ panikaya düşərək əllərində olan vəsaiti dollara dəyişməyə başlayıb. Hazırda bir sıra bankların da kreditləri manatla verməkdən imtina etməsi vəziyyətin necə olmasını sual edir.

Iqtisadçı-ekspert Oqtay Haqverdiyev kommersiya banklarının öz daxili siyasətlərini quraraq Mərkəzi Bankın onlar üçün müəyyən etdiyi qaydalardan kənara çıxa bilmədiyini söyləyir. Ekspertə görə kreditləri hansı valyutayla verib-verməmək məsələsi tamamilə sərbəstdir:
“Hansısa bankın krediti manat və ya dollarla verməsi müştəriyə sərfəli deyilsə, bundan imtina edə bilər. Manatın məzənnəsi 78-də dayanıbsa, niyə belə vəziyyət yaranıb” Sərbəst bir əməliyyat olduğu üçün məsələni qəlizləşdirmək lazım deyil. Banklar öz fəaliyyətini istədiyi kimi qurur. Yəni krediti hansısa valyutayla verməkdə qanun pozuntusu yoxdur. Ola bilər ki, bir neçə bank manatdan imtina etsin. Lakin krediti hansı valyutayla vermək barədə qanunvericilkdə hansısa maddə yoxdur. Qanunda budur ki, Azərbaycanda manatdan başqa, digər valyuta işlənməməlidir. Ona görə də kredit verəndə bu məqam nəzərdə tutulur. Yəni fiziki deyil, bəzi hüquqi şəxslər xaricdən avadanlıq və s. almaq istəyəndə onlar dollar və yaxud avro ilə kredit götürürlər. Lakin daxildə kimsə iş görmək üçün krediti manatla götürməlidir. Maaş və pensiyalar kimi, belə əməliyyatlar manatla həyata keçirilməlidir".

Nigar