Bir neçə gün öncə “Cadillac” sahibi olan oğlan paytaxtda xuliqanlıq edib. “Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə fevralın 13-ü saat 16 radələrində C.Səlimov küçəsində baş verib. Bakı şəhər sakini 1986-ci il təvəllüdlü Zamiq Məhhərəm oğlu Məhərrəmli “Cadillac” markalı 10 ZL 002 dövlət nömrə nişanlı avtomobillə xuliqanlıq zəminində Toyota markalı 99 HB 954 nömrəli maşını idarə edən 1981-ci il təvəllüdlü Mahmud Elxan oğlu Mahmudovu təhqir edərək yumruqla vurub.
“Qafqazinfo”nun apardığı qısa araşdırma ilə “Cadillac”ın üzərində olan nömrənin daha iki maşında istifadə olunduğu üzə çıxıb. 10 ZL 002 “İnfiniti” və “Audi” markalı avtomobillərə də taxılıb. Məlumata görə, atası Məhərrəm Məhərrəmli əslən İmişlidəndir. Bakıda mənzil tikintisi ilə məşğuldur.