Dövlət Neft Şirkətinin 2015-ci ilin yanvar ayı üzrə ödənişləri barədə məlumat açıqlanıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 2015-ci ilin Yanvar ayında dövlət büdcəsinə 118 milyon 502 min manat vəsait ödənilmişdir.
ARDNŞ 2014-cü ilin Yanvar ayında dövlət büdcəsinə 173,578 manat ödəmişdi. Bu da, ödənişlərin ötən ilin anoloji dövrü ilə müqayisədə 55,076 milyon manat və ya 32% azalması deməkdir.
DSMF-yə DƏ ÖDƏNİŞLƏR AZALIB
Bundan əlavə, cari ilin Yanvar ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 931 min manat vəsait köçürmüşdür. Ötən ilin Yanvarında Şirkətin DSMF-ə ödənişləri 13,497 milyon manat təşkil etmişdi (azalma 11,6%).
marja.az