ABŞ dövlət katibi Con Kerri ölkəsinin və Avropa dövlətlərinin Ukrayna məsələsində vahid mövqedə dayandıqlarını deyib.
Münhendə mətbuat konfransında çıxış edən Kerri Avropa dövlətləri ilə ABŞ arasında bu məsələdə heç bir fikir ayrılığının olmadığını bəyan edib.
Kerri qeyd edib ki, ABŞ Ukrayna münaqişəsi həll olunana qədər Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır. «Münaqişə uzandıqca Rusiyaya və onun təmsilçilərinə qarşı təzyiqlərimizi artırmalı olacağıq», – deyə Kerri bildirib.
Dövlət katibi həmçinin Tvitter səhifəsində Rusiyanın Donbasda törədilənlərə görə cavab verməli olacağını yazıb.
azadlıq.info