Türkiyənin Diyarbəkir vilayətində “Kürdüstan sərgisi” təşkil olunub. Yerli media xəbər verir ki, sərgiyə gələnlər bir qeyr-adiliklə də üzləşiblər.
Sərgini Diyarbəkir bələdiyyəsi dəstəkləyib. 230 sənətçinin öz əsərlərini göndərdiyi sərgiyə bələdiyyə sədri Gültan Kışanak da qatılıb.
Qeyri-adi olay da bələdiyyə sədri əsərlərlə tanış olarkən baş verib. Bir-birinə zəncirlə bağlanmış 6 çadralı qadın sərgi salona gətirilərək, mərkəzdə əyləşdiriliblər.
Bunun hansı anlam daşıdığı barədə xəbər verilmir.
azadliq.info