İranın “İRNA” agentliyinin xəbərinə görə, Kirman əyalətində ərəb ölkələri vətəndaşlarına məxsus əhilləşdirilmiş quş cəsədi tapılıb. Bu quşu maraqlı edən üzərindən tapılan Qlobal Mövqetəyinetmə Sistemi (GPS) tapılmasıdır. İnqilab Keşikçiləri bölüg komandiri Məhəmməd Mütəhhəri bu cihazın 10 kilometrlik radiusda məlumat köçürmək və ötürmək qabiliyyətində olduğunu bildirib. Nəsli kəsilməkdə olan hubara adlı quş növündən olan bu quşun bir ədədinin qiyməti təxminən 40 min dollardan başlayır. Quşun üzərinə yerləşdirilən ötürcü cihazın qiymətisə 82 min dollardan 145 min dollara qədər dəyişdiyi bildirilir.
azadlıq.info