Voleybol Federasiyasının prezidenti Mahmud Afşardost, iyun-avqust aylarında İranda keçiriləcək voleybol üzrə Asiya çempionatında əcnəbi qadınların kişilərlə bir yerdə oyunu izləməsində problem olamyacağını bildirib. Afşardost tərəfindən Asiya Voleybol Konfederasiyası baş katibinə göndərilən məktubda bildirilir: “Qadın səfirlik işçiləri, əcnəbi komandalardakı idmançıların ailəsi, əcnəbi qadın tamaşaçılar və ya Tehranda yaşayan digər əcnəbi qadınlar kişilərdən ibarət voleybol üzrə Asiya çempionatına tamaşa edə bilərlər”.
azadliq.info