Bu barədə hökumət başçısının mətbautkatibi Svyatoslav Çeqolko Prezident Poroşenkonun hərbi toplantıda dediyi açıqlamaya istinadla Tvitterdə yazıb. “Bu gün ukraynalılar düşmənin tanklarını məhv edib. Biz cəbhə xəttində mövqelərimizi ciddi şəkildə qoruyuruq”, – Poroşenkonun sözünü Çeqolko belə ifadə edib. Poroşenko həmçinin güc nazirləri ilə görüşündə Ukrayna ordusunun düşmən hücumunu dəf etdiyini bildirib: “Əsl tank döyüşü baş verib. Ukrayna Silahlı Qüvvələri bu döyüşdə qalib gəlib”. Baş Qərargahdan verilən məlumata görə, hazırda ən ağır döyüşlər Debalçevo yaxınlığında gedir (axar.az).