ABŞ dövlət katibi Con Kerri, İraq hökumətinə bağlı hərbi qüvvələri silahla təmin ediləcəkləri mesajını verib. İngiltərənin paytaxtı Londona İŞİD-lə mübarizə məqsədiylə toplanan koalisiya üzvülərinin toplantısından sonra mətbuat qarşısına çıxan Kerri, bu ana qədər IŞİD-in İraqın bəzi bölgələrindən çıxarıldığını bildirib. "Təxminən 2 min hava hücumu ilə müşaiyyət olunan quru hərəkatı, IŞİD-in İraqda 700 kilometr geri çəkilməsinə səbəb olub".Kerri ABŞ-ın tezliklə İraq qüvvələrini M16 tipi silahla təmin edəcəyini də bildirib. Kerri eyni zamanda, İŞİD-in lider heyyətinin 50 faizinin öldürüldüyünü də bildirib.
azadliq.info