“Ukrayna güclü mərkəzi Kiyev hakimiyyəti ilə unitar dövlət kimi qlacaq, onun Qərbə inteqrasiyası isə şübhə doğurmamalıdır”. Bunu Ukrayna prezidenti Pyotr Poroşenko yanvarın 22-də “Milli Birlik” günü münasibəti ilə televiziya çıxışında deyib.
Poroşenko bildirib ki, Ukrayna heç vaxt federativ dövlət olmayacaq və dövlət dili ukrayna dili olacaq. Amma o qeyd edib ki, Ukrayna hökuməti heç vaxt insanların rus və ya hansısa başqa dildə danışmasına da qarışmayacaq.