Fransanın paytaxtı Parisdə daha bir polis güllələnib. Şəhərin Malakoff səmtində yol polisinə bir nəfər avtomobildən iki dəfə atəş açıb. 11:30-da baş verən hadisə nəticəsində polis ağır yaralanıb. Onu xəstəxanaya çatdırıblar. Hadisənin ötən gün baş verən hücumla bağlı olub-olmaması araşdırılır.
Ötən gün Fransanın paytaxtı Parisdə satirik jurnal olan “Charlie Hebdo”nun ofisinə silahlı basqın olub. Nəticədə 12 nəfər ölüb.