"Sizin işiniz getdikcə sərtləşən şəraitdə aparılan mübarizədir"
Mərkəzi qərərgahı Parisdə yerləşən nüfuzlu söz azadlığı təşkilatı "Sərhədsiz Reportyorlar" "Azadlıq"ın 25 illiyini təbrik edib. Təbrikdə deyilir:
«Azadlıq» qəzetini yubileyi münasibətilə təbrik edirik! Biz gözəl bilirik ki, sizin işiniz daha çox getdikcə sərtləşən şəraitdə aparılan mübarizədir. Təhlükə və korrupsiya qarşısında təmiz jurnalistika daha çox cəsarət və inadkarlıq tələb edir. Xüsusən də indi, hakimiyyət Azərbaycanda vətəndaş cəmiyyətini tam məhv etmək niyyətində olduğu vaxtda «Azadlıq» qəzetinin rolu heç vaxt olmadığı qədər əhəmiyyətlidir. Sizə uzun ömür arzulayırıq, arzu edirik ki, AZADLIQ, nəhayət, Azərbaycanda reallıq olsun.