“Səhətindən şikayətlənən Murad Ədilovun müayinə və mücalicə olunması üçün Kürdəxanı təcridxanasının tibb məntəqəsinə aparılmasına ehtiyac duyuruq. Buna görə təcridxananın rəhbərliyinə keçən həftə sonu müraciə ünvanlanıb. Yəqin, bugünlərdə uyğun cavab verilər”. Bu açıqlamanı Murad Ədilovun vəkili Yalçın İmanov “Azadlıq”a verib.
Keçən həftənin cümə günü Muradla görüşdüyünü bildirən vəkil deyib ki, onun saxlanma yerindən narazılığı olmasa da, səhhətindəki problemlər qalır. Muradın şikayəti böyürəklərindən və qollarının keyiməsindəndi. Murad məlumat verib ki, ağırılarına görə ona bir dərman və bir maz verilib, bu dərman böyrək ağrılarının azaldıb. Amma o, dərmanların müalicə üçün, yoxsa sakitləşdirici olduğunu bilməyib. Buna görə sistemli müyinə və müalicə vacib hesab edilib.