ABŞ-ın Xarici Əlaqələr Şurasının Türkiyə üzrə mütəxəssislərindən olan Steven Cook, həftə sonunda Türkiyədə yaşanan olaylarla bağlı məqaləylə çıxış edib. Cook Ərdoğanı, Müsəlman Qardaşlar iqtidarını zorakı yolla yıxan Misirin hazırkı prezidenti Abdülfettah Sisiyə bənzədib. Steven Cook yazısında, Sisi və Ərdoğan hakimiyyətlərini müxtəlif demokratik meyarlar baxımından da müqayisə edib. Cook esasən 2013-cü ilin yazından bu günə kimi baş verənlərin müqayisəsini aparıb.
Etirazlara qatıldığı üçün haqqında araşdırma başladılan və ya həbsə atılan kəslərin təxmini sayı:
Misir: 16 min
Türkiyə: 5 min 500
Öldürülən etirazçı sayı:
Misir: 1000 – 2 min 500
Türkiyə: 63
Yaralanan etirazçı sayı (təxmini):
Misir: 17 min
Türkiyə: 8 min – 10 min
Vətəndaş cəmiyyət qurumlarını hədəf alan qanunlar:
Hər iki ölkədə bənzər qanunlar çıxarıldı.
Etiraz nümayişlərini məhdudlaşdıran qanunlar:
Hər iki ölkədə bənzər qanunlar çıxarıldı
Freedom House quruluşunun mətbuat azadlığı sıralaması:
Misir: Azad deyil
Türkiyə: Azad deyil
Economist jurnalının demokratiya indeksi sıralaması:
Misir: 135
Türkiyə: 93
Dünya Bankının hüququn üstünlüyü indeksi (2013):
Misir: 34.12
Türkiyə: 55.92
“Həm Sisi hakimiyyətində, həm də Ərdaoğan Türkiyəsində sıra hər kəsə gələ bilər” deyə, müəllif bildirib.