Ötən gün Ağstafa Dəmir Yolu Stansiyasının ərazisində Böyük Kəsik – Gəncə elektrik qatarı Yuxarı Göyçək kənd sakini Süleyman Rəhimov vurub. Rəhimov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Məlumatı Daxili İşlər Nazirliyi yayıb.