Gələn il qəbul imtahanlarında hər ixtisas qrupunda üç fənn üzrə hər birində 4 ədəd açıq test tapşırığının istifadəsi nəzərdə tutulur.
Azvision.az bildirir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə məlumat verib.
TQDK sədri bildirib ki, bununla bağlı cədvəl tərtib edilib və orada fənlərin qruplar üzrə çeşidi, həmçinin həmin fənlərin müvafiq qrupdakı çəki əmsalları təqdim olunub.
M.Abbaszadə qeyd edib ki, imtahanın məzmunu ilə bağlı tətbiq edilən bu yenilik test bloklarının mürəkkəblik dərəcəsinə təsir etməyəcək: “Sual kitabçaları formalaşdırılarkən son illərdə olduğu kimi, test tapşırıqlarının mürəkkəblik dərəcəsinə görə sayları dəyişməyəcək”.