Rusiya prezidenti Vladimir Putin dekabrın 1-də Türkiyəyə səfər edəcək.
V. Putin Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 5-ci iclasında iştirak edəcək. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüş də keçirəcək.
İclasda iki ölkə arasında enerji və iqtisadi-ticarət sahələr başda olmaqla, əməkdaşlığın geniş spektri, eləcə də beynəlxalq problemlər müzakirə olunacaq. Bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir. (APA)