Mühərriki su ilə işə düşən ilk avtomobil yeni Mirai bu ilin sonuna yaxın Yaponiyada satışa çıxacaq. Onun qiymətinin 62 min Amerika dolları olacağı gözlənilir.
Avropa və Amerikada isə avtomobili yay aylarında əldə etmək mümkün olacaq.Azadliq.info-un məlumatına görə istehsalçı şirkət olan Toyota hesab edir ki, ilin sonuna kimi 400 minə yaxın Mirai satılacaq.
Avtomobilin mühərrikini işə salan əsas məhsul sudur. Bu avtomobil ətraf mühitə demək olar ki, zərərli maddələr buraxmayacaq. Avtomobilin yanacaq bakı 3 dəqiqə ərzində tam dolur və onun 650 km məsafə qət etməyinə yetir. Alıcılar yeni sedan ilə ilk dəfə Paris avtosalonunda tanış olacaq.
Honda avtomobil şirkəti də gələn il eyni statusda avtomobil istehsal edəcəyini bildirib.