Bir ailənin 7 üzvü pomidor turşusundan zəhərləndiyi deyilir
Ötən gün Tovuz rayonunda qidadan kütləvi zəhətlənmə qeydə alıbıb.
Tovuz rayon mərkəzi xəstəxana baş həkimin müavini Sayad Yusifovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib.
Dünən saat 21 radələrində həmin kəddə yaşayan Xəqani Yusifov, həyat yoldaşı və 5 övladı xəstəxanaya gətirilib. Onların qidadan zəhərləndiyi müəyyənləşib. Bildirdiklərinə görə, pomidor turşusundan zəhərləniblər. Hazırda vəziyyətləri stabildir”, – deyə Sayad Susifov bildirib.
Qeyd edək ki, ailənin 14 yaşlı qız övladı Aygün Yusifovanın vəziyyəti nisbətən daha ağırdır.