Hadisə insanların təşvişinə səbəb olub. Bu gün Yeni Yasamalda (“Bizim Market”in yaxınlığı) maraqlı hadisə baş verib. AzNews.az xəbər verir ki, hündürlüyə fəhlə qaldıran kran qəfildən aşıb. Ərazidəki insanların təşvişinə səbəb olan hadisədə xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.
Hadisə şahidlərinin sözlərinə görə, yalnız kranın qaldırdığı fəhlə xəsarət alıb. O, hündürlükdən yerə çırpılsa da, yüngül əziklərlə canını qurtara bilib.