Londondakı Elm Müzeyinin yeni qalereyasının açılışına qatılan Britaniya kraliçası Twitter şəbəkəsi istifadəçilərinə ilk mesajını göndərib.
Planşet kompüteri üzərindən paylaşılan xəbərdə o, rabitə və informatika mövzularına həsr edilmiş qalereyanın açılışında iştirak etdiyini deyib.
Kraliça mesajında qalereyanı ziyarət edənlərin ondan məmnun qalacağına ümid edir.
II Yelizaveta tvitini 720 min davamçısı olan @British Monarchy hesabından göndərib.
Kraliçanın ilk mesajı min dəfə retvit olunub.