Dünən axşam saatlarında Sumqayıtda kişi qeyri-rəsmi nikahda olduğu qadının yaşadığı vaqonu yandırıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, saat 19 radələrində İsmayıl Əliverdiyev Mehparə Quliyevaya məxsus vaqonu qəsdən yandırıb. Nəticədə vaqon və oradakı əşyalar yanaraq kül olub.
İ.Əliverdiyev bunu qadını qısqandığı üçün etdiyini bildirib. Araşdırmalar zamanı o da məlum olub ki, İsmayıl əvvəllər məhkumluq həyatı yaşayıb.
Faktla bağlı araşdırma aparılır.