Malidə ilk Ebola virusuna yoluxma faktı qeydə alınıb.
Bunu ölkənin səhiyyə naziri Usman Kone bəyan edib.
Onun sözlərinə görə, sözügedən virus Maliyə Qvineyadan gətirilən 2 yaşlı qızda aşkarlanıb. Beləliklə, Mali Ebola virusu qeydə alınan 6-cı Afrika ölkəsi olub.
Son məlumatlara görə, indiyədək Ebola virusundan ölənlərin sayı 4 877 nəfərə çatıb. (APA)