Peşəkarlar arasında boks üzrə keçmiş dünya çempionu Mayk Tayson oktyabrın 27-də Moskvada Rusiya Yazıçılar Birliyinə üzvlüyə götürüləcək.
Ona birliyin vəsiqəsi qiyabi olaraq veriləcək, çünki Tayson Moskvaya noyabrda gəlməlidir.
Oktyabrın 27-də isə Moskvada Taysonun yeni kitabının təqdimatı keçiriləcək. Kitab “Tayson. Rəhmsiz həqiqət “ adlanır.
Tayson Qinnesin rekordlar kitabına iki dəfə düşüb: ağır çəkidə peşəkarlar arasında ən gənc çempion kimi və ən tez nokautların sayına görə.
Tayson 1992-1995-ci illərdə zorlama ittihamı ilə həbsdə yatıb.
1997-ci ildə isə Evander Holyfieldin qulağını dişləmişdi (azadliq.org).