Rusiyada böhranın dərinləşməsi Çin iqtisadiyyatı üçün risklər yaradır. Bu barədə Çinin dövlət agentliyi olan «Sinxua» yazıb. Çinlilər hesab edir ki, Mərkəzi Bankın ehtiyatları xarici borcları ödəmək üçün yetərli deyil. Rublun ucuzlaşması isə dolayısı ilə yuana da zərbə vura bilər. Ona görə də Pekin hesab edir ki, böhran içində olan Rusiya ilə əməkdaşlığa ehtiyatla yanaşmaq lazımdır.
Çinlilərin fikrincə, Rusiyada böhran pisləşməyə doğru gedir. Rusiya valyutası çətin vəziyyətə düşüb və bu da Çin bazarında özünü göstərə bilər.
«Sinxua»nın yazdığına görə, ruublun ucuzlaşması ölkədən kapital axınının nəticəsidir. 2014-cü ildə Rusiyanın qızıl və valyuta ehtiyatları 55 mlrd dollar azalıb, bunun 40 mlrd dolları rublun məzənnəsinin saxlanılmasına yönəldilib.
Pekin hesab edir ki, Mərkəzi Bankın 452 mlrd dollar ehtiyatı xarici borcun ödənilməsi üçün yetərli deyil. Rusiyadakı böhran səbəbindənn Çin də kapital axını ilə üzləşə bilər. Bu da Çin üçün riskləri artırar. Rublun qeyri-stabil məzənnsi yuannın məzənnəsinin stabiil qalmasına mane olur və Çindən Rusiyaya ixracın artması üçün əlverişli deyil.
Bu arada Almaniya Rusiyada növbəti defoltun vaxtını açıqlayıb. Almaniya kəşfiyyat bunun 4 ildən sonra baş verəcəyini deyib.
azadlıq.info